Ürəyin bədənin ehtiyaclarını qarşılamaq üçün kifayət qədər effektiv işləməməsi təngnəfəslik və ödem yarada bilər.
Təcili müraciət tələb edən hallar
Aşağıdakı əlamətlər varsa dərhal *3003-ə zəng edin — planlı randevu gözləməyin:
- İstirahətdə nəfəs darlığı
- Gecə boğulma hissi ilə oyanma
- Qısa müddətdə ciddi çəki artımı və şişkinlik
- Sinə ağrısı və huş itirmə
Xəstəlik nədir?
Bu vəziyyət infarkt, uzunmüddətli hipertoniya, qapaq xəstəlikləri, ritm pozğunluqları və ürək əzələsi xəstəliklərindən sonra yarana bilər. Məqsəd səbəbi tapmaq, maye yığılmasını azaltmaq, ürəyin yükünü yüngülləşdirmək və təkrari ağırlaşmaların qarşısını almaqdır.
Əlamətlər
- Pilləkən çıxanda nəfəs darlığı
- Ayaq və topuqlarda ödem
- Tez yorulma
- Uzananda nəfəsin daralması
- Ürəkdöyünmə
- Gecələr boğulma hissi
Səbəblər və risk faktorları
- Koronar arteriya xəstəliyi
- Keçirilmiş infarkt
- Hipertoniya
- Ürək qapaq xəstəlikləri
- Atrial fibrilasiya
- Kardiomiopatiyalar
- Böyrək xəstəlikləri
Diaqnostika
Diaqnostika yalnız bir testə əsaslanmır. Şikayətlər, risk faktorları, fiziki müayinə və instrumental nəticələr birlikdə qiymətləndirilir.
- Exokardioqrafiya
- EKQ
- NT-proBNP və digər qan analizləri
- Döş qəfəsi rentgeni
- Koronar xəstəlik şübhəsində angioqrafik qiymətləndirmə
- Ritm monitorinqi
Müalicə yanaşmaları
Müalicə xəstəliyin ağırlığına, pasiyentin ümumi vəziyyətinə, yanaşı xəstəliklərə və prosedur riskinə görə fərdiləşdirilir.
- Ürək çatışmazlığı dərmanları
- Duz və maye nəzarəti
- Təzyiq və ritm nəzarəti
- Koronar səbəb varsa revaskulyarizasiya
- Seçilmiş hallarda cihaz müalicəsi
- Ağırlaşmada reanimasiya nəzarəti
Biz necə kömək edirik
Mərkəzdə ürək çatışmazlığı səbəbi araşdırılır, Exo və analizlər əsasında risk dərəcəsi müəyyən edilir. Lazım olduqda invaziv kardiologiya, aritmologiya və reanimasiya komandası birlikdə qərar verir.
Prosedura ehtiyac nə zaman yaranır?
Koronar damar xəstəliyi, qapaq problemi, ağır ritm pozğunluğu və ya təkrarlayan dekompensasiya varsa prosedur və ya intensiv nəzarət ehtiyacı yarana bilər.
Pasiyent üçün yaddaş vərəqi
- Gündəlik çəki izləyin
- Ödem və nəfəs darlığını qeyd edin
- Dərmanları özbaşına dayandırmayın
- Duz qəbulunu həkim tövsiyəsinə uyğun məhdudlaşdırın
Tez-tez verilən suallar
Ürək çatışmazlığı sağalırmı?
Səbəbdən asılıdır. Bir çox pasiyentdə düzgün dərman və izləmə ilə simptomlar nəzarətə alınır və həyat keyfiyyəti yaxşılaşır.
Niyə hər gün çəki ölçmək lazımdır?
Qısa müddətdə çəki artımı maye yığılmasının erkən siqnalı ola bilər.
Son yenilənmə: