Pasiyent hüquqları
Pasiyentlər üçün
Pasiyent hüquqları
Pasiyentin hüquqları Azərbaycan Respublikasının «Əhalinin sağlamlığının qorunması haqqında» Qanunu ilə qorunur.
Pasiyentin hüquqları
- Həkimi və tibb müəssisəsini seçmək.
- Sanitariya-gigiyena tələblərinə uyğun şəraitdə müayinə və müalicə olunmaq.
- Konsilium və əlavə tibbi məsləhətləşmə tələb etmək.
- Tibbi məlumatlarının və diaqnozunun gizli saxlanılmasını tələb etmək.
- Tibbi müdaxiləyə könüllü razılıq vermək.
- Qanunda nəzərdə tutulan hallar istisna olmaqla tibbi müdaxilədən imtina etmək.
- Sağlamlıq vəziyyəti, diaqnoz, müalicə üsulları, risklər və nəticələr barədə məlumat almaq.
- Tibbi sənədlərlə tanış olmaq və onların surətini almaq.
- Sağlamlığı barədə məlumat verilə biləcək şəxsi seçmək.
- Daxili qaydalar pozulmamaq şərtilə dini mərasim üçün şəraitlə təmin olunmaq.
- Təcili və təxirəsalınmaz tibbi yardım almaq.
- Müalicə həkiminin dəyişdirilməsini tələb etmək.
- Hüquqları pozulduqda tibb müəssisəsinin rəhbərliyinə, müvafiq dövlət orqanına və ya məhkəməyə müraciət etmək.
Pasiyentlər üçün
- Hazırlıq
- Prosedurdan əvvəl / sonra
- Hospitalizasiya
- Sənədlər
- Sual-Cavab
- Randevu qaydası
- Pasiyent hüquqları