İlyas Həsənov
İnvaziv radioloq
İlyas Həsənov
İlyas Həsənov 2004-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. 2004–2008-ci illərdə Sankt-Peterburqda Mərkəzi Rentgenoradiologiya Elmi-Tədqiqat İnstitutunda radiologiya və rentgen-endovaskulyar cərrahiyyə üzrə rezidentura keçmişdir.
Hamburqda (Asklepios Klinik Altona), İstanbulda (Başkent Universiteti, Medical Park) və Ferrarada (İtaliya) invaziv radiologiya üzrə ixtisasartırma keçmişdir. 2010-cu ildə qaraciyərin metastatik şişlərinin invaziv üsullarla müalicəsi mövzusunda tibb üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir.
2009-cu ildən invaziv radioloq kimi Mərkəzi Gömrük Hospitalında, Avrasiya, Medistyle, Gəncə Beynəlxalq Xəstəxanası, Olimp və Zəfəran hospitallarında çalışmış, rəhbər vəzifələr tutmuşdur. Hazırda ATU Tədris Terapevtik Klinikasının İnvaziv Ürək və Damar Mərkəzinin direktorudur.