İnvaziv prosedur

Öd yolları — biliar drenaj və stent

Öd yolları — biliar drenaj və stent

Mexaniki sarılıq ödün onikibarmaq bağırsağa axmasına mane olan obstruksiya (daş, öd çöküntüsü — sladj, törəmə, xaricdən sıxılma) ilə bağlıdır. Səbəb daş və ya çöküntü olduqda ilk seçim ERCP-dir. Bədxassəli törəmə səbəbli sarılıqda, həmçinin ERCP mümkün olmadıqda və ya hilar obstruksiyada perkutan transhepatik biliar drenaj və ya stentləmə tətbiq edilir: dəri vasitəsilə nazik iynə ilə öd yollarına daxil olunur, tıxanma nahiyəsindən keçilərək drenaj kateteri və ya metal stent yerləşdirilir.

  • Ultrasəs və floroskopiya nəzarəti altında, cərrahi kəsik və endoskopiya olmadan
  • Yerli anesteziya və ya sedasiya altında aparılır
  • Drenaj kateteri çıxarıla bilər, metal stent daimi qalır

Bu prosedur üçün randevu

Sorğunuzu göndərin — operatorumuz əlaqə saxlayacaq.

Randevu al

İxtisaslaşmış həkimlər

Zəng WhatsApp Randevu