Check-up paketi

Aritmoloji check-up

Bu paket ürəyin elektrik ritmini qiymətləndirmək üçün hazırlanıb. Məqsəd ritm pozğunluğunun növünü tutmaq, təhlükə dərəcəsini müəyyən etmək və dərman, izləmə, EFİ və ya ablasiya ehtiyacını qiymətləndirməkdir.

Kimə uyğundur?

Ürəkdöyünmə, nəbzin nizamsızlığı, başgicəllənmə, huşun qaralması, ürəyin dayanıb-atması hissi və ya smartwatch/cihazda ritm xəbərdarlığı olan şəxslər üçün uyğundur.

Daxildir

  • Aritmoloq / kardioloq konsultasiyası
  • EKQ
  • 24 saatlıq Holter monitorinqi
  • Exokardioqrafiya
  • Elektrolitlər
  • TSH — qalxanabənzər vəzi göstəricisi
  • Ümumi qan analizi
  • Ritm riski və müalicə planı

Göstərişlə əlavə oluna bilər

  • 48/72 saatlıq Holter monitorinqi
  • Hadisə monitorinqi
  • EFİ üçün ilkin qiymətləndirmə
  • Ablasiya ehtiyacının qiymətləndirilməsi

Ritm pozğunluqları bəzən qısa epizodlarla yarandığı üçün əlavə və daha uzunmüddətli monitorinq lazım ola bilər.

Bu paket üçün

Randevu və ya dəqiq məlumat üçün bizimlə əlaqə saxlayın.

Randevu al Bütün paketlər
Zəng WhatsApp Randevu