Öd yollarına plastik stent qoyulması
İnvaziv prosedur
Öd yollarına plastik stent qoyulması
Daralmış və ya tıxanmış öd yolunun açıq qalması üçün endoskopik yolla plastik stent yerləşdirilir. Stent tıxanma nahiyəsini keçərək ödün onikibarmaq bağırsağa sərbəst axmasını bərpa edir; sarılıq və qaşınma qısa müddətdə geri çəkilir. Plastik stent müvəqqətidir və adətən 3 aydan bir dəyişdirilir; uzunmüddətli həll tələb olunduqda metal stent seçilir.
- Bədxassəli və ya xoşxassəli öd yolu darlığı
- Çıxarıla bilməyən daş fonunda müvəqqəti drenaj
- Öd sızmasının bağlanması
- Əməliyyatdan əvvəl sarılığın azaldılması